ABŞ prezidenti Donald Tramp ölkəsinin maliyyə naziri Skot Bessentin İran iqtisadiyyatı ilə bağlı açıqlamasını özünün Truth Social hesabında paylaşıb.
Vətəninfo.az xəbər verir ki, Tramp dünən “New York Post” qəzetinin Bessentin fikirlərinə istinadən yayımladığı xəbəri paylaşaraq, İran İslam Respublikasının iqtisadi vəziyyətinə dair açıqlamanı gündəmə gətirib.
Bessent bildirib ki, iki həftə ərzində İran İslam Respublikasının iqtisadiyyatının “ticarət edəcəyi heç nə qalmayacaq”.


























