Dünən ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlama səsləndirib və bildirib ki, rəsmi Tehran Vaşinqtonla razılaşmaya getmək niyyətindədir. Onun sözlərinə görə, əgər İran bu imkandan istifadə etməsə, bu, “axmaqcasına qərar” olardı.
Vətəninfo.az xəbər verir ki, Tramp qeyd edib ki, ABŞ artıq İslam Respublikasının nüvə imkanlarını hədəf alıb və əlavə tədbirlərin görülüb-görülməyəcəyi ilə bağlı hələlik konkret mövqe açıqlamayıb.
Hazırkı İran rejimi ilə mümkün razılaşmanın qüvvədə qalma ehtimalına dair suala cavab verən prezident tam əmin olmadığını desə də, “uğurlu bir razılaşma” əldə etməyə üstünlük verdiyini bildirib. Trampın sözlərinə görə, belə bir saziş İranın nüvə silahı əldə etməsini və raket proqramını məhdudlaşdırmalı, Vaşinqtonun tələb etdiyi digər təhlükəsizlik şərtlərini əhatə etməlidir.


























