image-reklam-veteninfo
image-donald-trumpbackend

Trampdan İrana sərt xəbərdarlıq: “İnanmayacaqları hədəfləri vuracağıq” 

image-reklam-veteninfo

Bu gün ABŞ prezidenti Donald Tramp İranın təhdidləri ilə bağlı mövqeyini açıqlayıb. O, Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən Tehranın mümkün addımlarına sərt reaksiya verəcəklərini bildirib. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, ABŞ Dövlət Departamentinin farsdilli “X” hesabı video paylaşıb.

Jurnalistlərdən biri Trampdan soruşub ki, İran ABŞ-nin mümkün zərbələri halında Amerika hərbi və kommersiya obyektlərini “qanuni hədəf” elan edəcəyini bildirib və bunun prezidentdə narahatlıq yaradıb-yaratmadığını öyrənmək istəyib.

Tramp cavabında İranı təhdid edib. ABŞ prezidenti deyib ki, əgər İran belə bir addım atarsa, Vaşinqton misli görünməmiş cavab verəcək. Onun sözlərinə görə, ABŞ İranın “nə əvvəllər qarşılaşdığı, nə də təsəvvür edə biləcəyi səviyyədə” hədəflərə zərbə endirəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki