Vətəninfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə İranla bağlı vəziyyətin “hərəkətdə olduğunu” deyib. Çünki bölgəyə “böyük bir armada” göndərdiyini, lakin Tehranın “həqiqətən razılaşma əldə etmək istədiyinə” inandığını bildirib.
Prezident qeyd edib ki, “İranın yaxınlığında böyük hərbi donanmamız var. Venesueladan daha böyükdür”.
Mənbələrə görə, Tramp hələ İranla bağlı yekun qərar verməyib. O, çox güman ki, bu həftə əlavə məsləhətləşmələr aparacaq və orada ona yeni hərbi seçimlər təqdim olunacaq.
Qeyd edək ki, Ağ Ev bildirib ki, İranla hər hansı bir razılaşma aşağıdakıları əhatə etməlidir:
İrandan bütün zənginləşdirilmiş uranın çıxarılması,
İranın uzunmənzilli raket ehtiyatlarına məhdudiyyət qoyulması,
İranın regionda proksi qüvvələri dəstəkləmək siyasətinin dəyişdirilməsi,
İranın müstəqil şəkildə uran zənginləşdirilməsinin qadağan edilməsi.


























