image-2b74c375-1889-3157-b7f5-735213890d51_850backend

TŞ katibi: “Azərbaycan və Türkiyə Təhlükəsizlik şuralarının əməkdaşlığı məhsuldar davam edir”

image-reklam_sirab_01

Azərbaycan və Türkiyə Təhlükəsizlik şuraları arasında əməkdaşlıq ölkə başçılarının rəhbərliyi altında düzgün və məhsuldar məcrada davam edir.

Bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

“Şuşa Bəyannaməsi isə qurumlarımız qarşısında yeni vəzifələr müəyyənləşdirib. Biz hər iki Prezidentin bilavasitə əlaqələndirməsi ilə qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin artırılması üçün mütəmadi məsləhətləşmələr aparır, görüşlər təşkil edirik”, – Ramil Usubov deyib.

“Ötən ilin sonlarında Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə Ankaraya səfərimiz oldu. Azərbaycan Prezidentinin tapşırığı ilə dövlətlərarası və regional təhlükəsizlik məsələlərinin ən aktual gündəm mövzularını həmkarımla müzakirə etdim. Səfər müddətində keçirilən bütün görüşlərdə dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğu, regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Dövlət başçılarının qardaşlıq, dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfələr verdiyi ortaq qənaətimiz idi”, – Təhlükəsizlik Şurasının katibi əlavə edib.

Ötən ay isə Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun ölkəmizə səfəri baş tutub: “Görüşümüzdə Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr apardıq. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin bu gün hər iki ölkənin prezidentlərinin liderlikləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlməsi qarşımızda daha məsuliyyətli vəzifələr müəyyənləşdirir. Səfərimiz zamanı “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti və Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi arasında Anlaşma Memorandumu” imzalandı”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki