image-reklam-veteninfo
image-1backend

Türkiyə, Misir və Səudiyyə Ərəbistanı neft konsorsiumu yaratmaq istəyirlər – Reuters

image-reklam-veteninfo

Reuters mənbələrə istinadən xəbər verir ki, Yaxın Şərq və Cənubi Asiyanın bir sıra ölkələri 29 martda İslamabadda keçiriləcək xarici işlər nazirlərinin görüşündən əvvəl Hörmüz boğazında əməliyyatların bərpası ilə bağlı Vaşinqtona təkliflər təqdim edib.

Alınan məlumata görə, 29 martda təqdim edilən təkliflər arasında boğazdan (Süveyş kanalı modelinə əsasən) ödənişli sistemin tətbiqi də var.

Reuters mənbələri həmçinin Türkiyə, Misir və Səudiyyə Ərəbistanının Hörmüz boğazından neft məhsullarının daşınmasını idarə etmək üçün konsorsium yaratmaq imkanını nəzərdən keçirdiklərini bildiriblər. Bu məsələ müvafiq olaraq Amerika və İran nümayəndə heyətləri ilə müzakirə edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki