image-1backend

Türkiyə turizmdən fantastik gəlir əldə etdi -Nazir müjdə verdi

image-reklam_sirab_01

Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Türkiyənin 2024-cü ilin yanvar-oktyabr dövründə 2023-cü ilin eyni dövrü ilə müqayisədə  8,8 artımla təxminən 55 milyon turist qəbul etdiklərini açıqlayıb.

Nazir  Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Mədəniyyət və Turizm Nazirliyinin 2025-ci il büdcəsi ilə bağlı təqdimat edib.

2017-ci ildə turist  sayına görə dünyada 8-ci olan Türkiyənin 2023-cü ilə qədər 5-ci yerə yüksəldiyini bildirən Ersoy, Türkiyənin turizm gəlirləri baxımından eyni dövrdə 15-ci yerdən 7-ci yerə yüksəldiyini bildirib.

Ersoy, bu ilin turizm rəqəmlərinin keçən ili aşdığını qeyd edib.

Nazir Ersoy, bu ilin yanvar-sentyabr dövründə turizm gəlirlərinin keçən ilin eyni dövrünə görə yüzdə 6,6 artaraq 47 milyard dollara çatdığını xatırladıb. Nazir hədəflərinin 61  milyard dollar olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image