image-66backend

Türkiyədə erkən prezident seçkiləri keçirilməyəcək

image-reklam_sirab_01

“Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq”.

 

Veteninfo.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

 

“Növbəti seçkilər 2023-cü il iyun ayında keçiriləcək. Parlamentdə çoxluğu əldə etməklə rekordu daha da irəli aparacağıq””, – o vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə müxalifəti növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. R.T.Ərdoğan əvvəllər də bir neçə dəfə ölkədə növbədənkənar seçkilərin olmayacağını bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki