İstanbul Baş Prokurorluğunun araşdırması çərçivəsində daha 31 nəfər saxlanılıb
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan qalmaqallı fond araşdırması çərçivəsində daha bir tanınmış siyasətçi həbs olunub.
Vətəninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün barəsində həbs qərarı çıxarılan 31 nəfərin arasında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatı, eyni zamanda sabiq baş nazirin keçmiş müşaviri Ertan Aydın da var.
Məlumata görə, Aydınla yanaşı, iqtidarın tərəfdarları kimi tanınan Abdullah Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım da saxlanılıb.
İstanbul Baş Prokurorluğunun araşdırması üzrə saxlanılan şəxslərlə bağlı istintaq tədbirlərinin davam etdiyi bildirilir.


























