İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə Bürosu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində məşhurların da adının hallandığı genişmiqyaslı əməliyyat davam edir.
Vətəninfo.az xəbər verir ki, istintaq çərçivəsində ümumilikdə 25 şübhəli barəsində “istifadə məqsədilə narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbulu və ya saxlanması” həmçinin “narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə kömək etmə” maddələri üzrə həbs qərarı çıxarılıb.
Barələrində qərar verilən şəxslər arasında tanınmış musiqiçilər Murat Dalkılıç və Kaan Tangöze də var.
Məlumata görə, haqqında həbs qərarı verilən 25 nəfərdən 17-si saxlanılaraq nəzarətə götürülüb. Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma davam edir.


























