image-reklam-veteninfo
image-bcc4266c-6101-3d1e-a133-ba2ede6b8f25_850backend

Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir

image-reklam-veteninfo

“Mənə Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı sorğu gəlib”.

Veteninfo.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

Dövlət başçısı XİN-in sorğusunu nəzərdən keçirəcəyini bildirib.

V.Zelenski həmçinin separatçı başçıların ona müraciətinə də toxunub: “Biz onlarla danışmırıq. Biz onların kim olduğunu anlamırıq”.

Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində yaradılan qondarma Luqansk və Donetsk “respublika”larının başçıları Ukraynanı bölgəni hərbçilərdən tam boşaltmağa çağırıb.

Qeyd edək ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki