image-reklam-veteninfo
image-1backend

Ukrayna və Rusiya nümayəndələri bu gün Cenevrədə görüşəcək

image-reklam-veteninfo

Ukrayna və Rusiya nümayəndə heyətləri 17-18 fevral tarixlərində Cenevrədə ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək sülh danışıqlarının yeni mərhələsində bir araya gələcəklər. Kreml tərəfindən verilən məlumata görə, görüşdə əsas diqqət ərazi məsələlərinə yönəldiləcək.

Vətəninfo.az xəbər verir ki, Donald Tramp rəsmi Moskva və Kiyevi münaqişəyə son qoymaq üçün razılıq əldə etməyə çağırır. Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bu günə qədər rastlaşdığı ən ağır “təzyiq” ilə üzləşdiyini bəyan edib.

Hazırda Rusiya Ukraynadan Moskvanın hələ tam ələ keçirə bilmədiyi Donetsk bölgəsinin qalan 20 faizini təhvil verməyi tələb edir. Kiyev isə bu tələbi qətiyyətlə rədd edir.

Danışıqların məkanı əvvəlki iki mərhələnin keçirildiyi Əbu-Dabidən İsveçrəyə köçürülüb. Kreml sözçüsü Dmitri Peskov bu dəfə daha geniş və əsas məsələlərin müzakirə ediləcəyini bildirib.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək. Heyətdə həmçinin Hərbi Kəşfiyyat (QRU) rəisi İqor Kostyukov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev yer alır.

Kiyevi Müdafiə naziri Rüstəm Umerov və Baş Kəşfiyyat İdarəsinin (HUR) rəisi Kirilo Budanov təmsil edəcək. Nümayəndə heyətində Prezident Administrasiyasının rəsmisi Sergey Kıslıtsya da iştirak edir.

Cenevrə görüşü Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ildönümündən (24 fevral) bir neçə gün əvvələ təsadüf edir. Ötən dörd il ərzində on minlərlə insan həlak olub, milyonlarla insan didərgin düşüb və Ukraynanın infrastrukturu ciddi dağıntılara məruz qalıb. Xüsusilə son hava hücumları nəticəsində yüz minlərlə ukraynalı sərt qış şəraitində enerji və istiliksiz qalıb.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski danışıqların ciddi olacağına ümid etdiyini desə də, tərəflərin bəzən tamamilə fərqli məsələlərdən danışdığını etiraf edib. Ukrayna tərəfi hələ də Rusiya nümayəndəsi Medinskinin danışıqlar masasında diplomatik müzakirələr əvəzinə “tarix dərsi” verməyə çalışmasından narahatdır.

Rüstəm Umerov Cenevrəyə yola düşməzdən əvvəl Ukraynanın əsas hədəfinin “davamlı və ədalətli sülh” olduğunu bir daha vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki