image-108backend

Ukraynalı nazir: “İndi əsas məqsəd Rusiyanı cilovlamaqdır”

image-reklam_sirab_01

Ən pis ssenari Rusiyanın 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Ukraynaya hücumu kimi Avropanın bütün təhlükəsiz arxitekturasını pozmağa və sərhədləri güc yolu ilə yenidən cızmağa cəhd etməsi ola bilər.

 

Veteninfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

 

XİN rəhbəri Rusiyanın niyə məhz indi belə bir ssenariyə əl atma ehtimalının olduğu ilə bağlı fikirlərini bildirib:

 

“Sadəcə ona görə ki, Rusiya belə bir planı həyata keçirmək üçün fürsət görür. Bizim əsas avropalı müttəfiqlərimiz – Almaniya və Fransa öz daxili problemlərinə diqqət yetirirlər. Almaniyada bu yaxınlarda Bundestaq seçkiləri keçirildi. Fransa isə tezliklə seçki keçirməyə hazırlaşır. Rusiyanın geosiyasi qaz kəməri layihəsi olan Şimal Axını-2 sertifikatlaşdırma mərhələsindədir. Vladimir Putin hesab edir ki, Qərb xüsusilə indi zəif və qətiyyətsizdir. O, əmin ola bilər ki, balansı dəyişmək üçün doğru andır.

 

İnanıram ki, biz onun səhv olduğunu sübut etməliyik. Biz bunu edə bilərik. İndi əsas məqsəd Rusiyanı cilovlamaq və onu növbəti aqressiv hərəkətlərdən yayındırmaqdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image