image-reklam-veteninfo
image-unibank-jpgbackend

Unibank-da vətəndaşa qarşı HÖRMƏTSİZLİK: “Telefonu üzümüzə qapatdılar” – ŞİKAYƏT

image-reklam-veteninfo

Bir neçə gün öncə ölkə banklarından birindən Unibank-ın müştərisi olan şəxsə pul köçürməsi həyata keçirilsə də, vəsait kart hesabına oturmayıb. Problemin həlli üçün müraciət edilən Unibank-ın müştəri xidmətlərinin əməkdaşının vətəndaşla kobud rəftarı və telefonu üzünə bağlaması ciddi narazılıq doğurub.

Vətəninfo.az xəbər verir ki, pulu göndərən şəxsin hesabından məbləğ çıxılsa da, qarşı tərəfin kartına daxil olmayıb. Vəziyyətlə əlaqədar dərhal vəsaiti göndərən banka müraciət edilib. Həmin bank məsələni operativ şəkildə araşdıraraq dərhal vətəndaşa xüsusi təsdiq kodu təqdim edib və bu kodun vəsaiti alan bank-Unibank-la əlaqə saxlanılaraq yoxlanılması tövsiyə olunub.
Lakin Unibank-ın müştəri xidmətləri ilə əlaqə saxlayan vətəndaş qarşı tərəfdən tamamilə qeyri-peşəkar və etikadan kənar münasibətlə üzləşib. Şikayətçinin bildirdiyinə görə, operator müştəri ilə kobud tonda danışıb, problemi dinləmək əvəzinə, etik qaydalara zidd olaraq telefonu vətəndaşın üzünə qapatıb.
Yaranmış anlaşılmazlıqdan sonra pul köçürən şəxs yenidən öz bankına müraciət edib və əməliyyat geri qaytarılıb. Bir neçə dəqiqə sonra həmin vəsait təkrar köçürülüb və bu dəfə müştəri məbləği kartına ala bilib.
Məsələnin texniki tərəfdən həll olunmasına baxmayaraq, Unibank əməkdaşının vətəndaşla bu cür səviyyəsiz və qıcıqlandırıcı tərzdə rəftar etməsi suallar doğurur. Görünür, bankın müştəri xidmətlərinə kadr seçilərkən işçilərin psixoloji hazırlığına və etik davranış qaydalarına kifayət qədər diqqət yetirilmir. İstehlakçılar haqlı olaraq sual edirlər: Müştərilərinə yuxarıdan aşağı baxmaq və onlara hörmətsizlik etmək məhz Unibank-ın xidmət siyasətidirmi?

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki