image-1680526837_0001backend

Uşaq evindən şikayət edən yeniyetmənin qardaşı: – “Onu xəstəxanaya mən saldım”

image-reklam_sirab_01

“Qardaşımın xəstəxanadan çıxması üçün imzanı atmayacağam”.

Veteninfo.az bildirir ki, bunu 3 saylı uşaq evi ilə bağlı şikayət edən və hazırda psixiatriya xəstəxanasında olan Məhəmmədin qardaşı Əli Baku TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, qardaşının vəziyyəti evdə müalicə olunmağa uyğun deyil:

“Dedim ki, gəl yanımda qal, birlikdə işləyək, yanımdan qaçdı. Onun müalicəyə ehtiyacı var və mənim buna gücüm çatmır. Müalicədən sonra onu himayəmə götürəcəyəm”.
Qardaşı Məhəmmədin pis vərdişlərinin də olduğunu iddia edir:

“Oğurluq edir, siqaret çəkir, içki içir. Bir gün normal danışır, ikinci gün o uşaqdan əsər-əlamət qalmır”.

Əli onu da deyib ki, qardaşının özünə və başqalarına xəsarət yetirməsinin qarşısını almaq üçün psixiatriya xəstəxanasına yerləşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image