image-f824a3f2-768e-384c-a41e-373f773b5a07_850-1backend

ÜST koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını vurğulayıb. “COVID-19-dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır. Artan yoluxmalar qarşıdakı həftələrdə xəstəxanalara daha çox yerləşdirmə və ölüm hallarını gözləyə biləcəyimiz anlamına gəlir”, – o deyib.

Qebreyesus bildirib ki, son həftələrdə qeydə alınan yoluxma hallarının artımında COVID-19-un hansı ştamının təsirli olduğunun bilinmir. “Bu artımın səbəbi artıq bildiyimiz və ya tamamilə yeni bir variant ola bilər”, – o əlavə edib.

COVID-19-un yeni ştamının əvvəlkilərdən daha təsirli olacağını vurğulayan Qebreyesus bildirib ki, bütün ölkələr buna hazır olmalıdır. “Epidemiya ilə mübarizə imkanlarını azaldan ölkələr böyük risklərlə üzləşirlər”, – o, xəbərdarlıq edib.

“Xəstəxanalar hələ dolu olmasa da, indi bütün ölkələrin virusa nəzarət, immunitet, işçi qüvvəsi, təchizatdakı boşluqları doldurmasının vaxtıdır”, – Qebreyesus vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki