image-01-2backend

Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası

image-reklam_sirab_01

Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir. Məlumdur ki, peyvəndləmə xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün həyata keçirilir. Insanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yarada bilir. Bunulada orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və nəticədə ağırlaşmanın qarşısı alınır.

Vətəndaşlarımız bilməlidirlər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq və ətrafımızdakı insanları da qorumaq üçün peyvənd olunmaqdan keçir. Hal-hazırda “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri vətəndaşlarımızın istifadəsinə verilmiş və 2 milyon dozadan artıq peyvənd istifadə edilmişdir.

Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər COVID-19 infeksiyasının risk qrupuna daxil olan hər kəsin vaksinasiyanın üçüncü mərhələsində iştirak etməsi, yəni buster doza vurdurması tövsiyə edilir.Buster doza koronavirusa qarşı formalaşan immunitetigücləndirir.
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə buster, yəni qüvvətləndirici doza ilə peyvəndlənmək olduqca əhəmiyyətlidir. Bu, xüsusilə yaşlılar və tibb işçiləri üçün çox vacibdir. Buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Bu doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı ölümləri azalda bilər.

Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.

Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul edilən 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər

ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən buster dozasının effektivliyi sübut olunmuşdur. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox ehtiyacı olan həssas qruplarda tövsiyə edilir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır.

 

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki