image-reklam-veteninfo
image-1backend

“Venesueladan sonra növbədə  İrandır?”

image-reklam-veteninfo

Maduronun devrilməsindən sonra beynəlxalq media və ekspert təhlillərində tez-tez belə bir sual gündəmə gətirilir: “Venesueladan sonra növbədə İrandır?” Bu fikir İranın öz rəsmi mətbuatında da müzakirə olunub.

Vətəninfo.az xəbər verir ki, İranın rəsmi “Nournews” saytı yazıb ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və Donald Trampın İranın sosial etirazlarla mübarizəsinə dair açıqlaması Tehranın növbəti hədəf olub-olmaması sualını ortaya çıxarıb.

Ekspertlər Venesuela və İran arasında təhlükəsizlik baxımından əsas fərqi vurğulayır: Venesuela ABŞ-yə qarşı səmərəli regional cavab verə bilmir və “ucuz hədəf” sayılır, İran isə geniş hərbi imkanlara, müttəfiqlərə və strateji dərinliyə malik olduğu üçün “yüksək riskli ssenari”dir.

Saytın iddiasına əsasən, Tehranın etirazlara qarşı addımlarına yönəlmiş təhdidlər əsasən siyasi və media narratividir, yəni diplomatik təzyiq və sanksiyalar üçün zəmin yaradır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki