ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla bağlı ölkəsinin mövqeyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində bildirib ki, prezident Donald Tramp İran məsələsində nəyə nail olmaq istədiyini dəqiq müəyyən edib.
Vensin sözlərinə görə, Tramp ABŞ-nin aydın sonu və konkret məqsədi olmayan uzunmüddətli münaqişəyə cəlb olunmasına imkan verməyəcək.
O, qeyd edib ki, əsas məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. Vitse-prezidentin sözlərinə görə, İran nüvə potensialını bərpa etməmək üçün uzunmüddətli öhdəlik götürməlidir.
Vens əlavə edib ki, ABŞ bu prosesdə İraq və Əfqanıstanla bağlı keçmişdə yaşanan problemlərin təkrarlanmasına yol verməyəcək.


























