ABŞ vitse-prezidenti Cey D. Vens rəsmi səfərlə Cənubi Qafqazın iki ölkəsi, Azərbaycana və Ermənistana gəlişi, bölgədə yeni siyasi münasibətlərin formalaşması üçün mühüm hadisə hesab etmək olar. Bu səfər eyni zamanda Vaşinqton və Bakı arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərdi- iki ölkə strateji tərəfdaşlıq xartiyasını imzaladı və əməkdaşlıq sahələrini genişləndirməyi razılaşdırdı. Qeyd edək ki, Vensin səfəri ABŞ-ın Cənubi Qafqazda diplomatik rolunu gücləndirmək, regional sülh təşəbbüslərini dəstəkləmək və geosiyasi təsirini artırmaqla yanaşı ABŞ-Azərbaycan əlaqələrini daha da cücləndirəcək. Bununla yanaşı Cey.D.Vens səfərinin əsas gündəmində təhlükəsizlik, iqtisadi əməkdaşlıq və uzunmüddətli sülh layihələri dayanır.
Qeyd edim ki, Cey.D.Vensin səfəri “Tramp marşrutu (TRIPP)” kimi tanımlanan, Amma Azərbaycanın Zəngəzur Dəlizi olaraq qeyd etdiyi regional sülh və iqtisadi əlaqə layihəsinin dəstəklənməsi ilə əlaqəli olduğu səfər öncəsindən bəlli idi. Zəngəzur dəhlizinin işə salınması Azərbaycanın Naxçıvanla olan əlaqəsini relallaşdırmaqla bərəabər,eyni zamanda da Ermənistanla birləşdirən nəqliyyat dəhlizinin həyata keçirilməsinə və iqtisadi inteqrasiyanı genişləndirməyi hədəfləyir.
Səfərin ən mühüm məqamlarından biri rəsmi Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması idi. Bu sənəd iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcəyini və qarşılıqlı əməkdaşlığı bir çox sahədə,təhlükəsizlik, enerji, texnologiya, süni intellekt, iqtisadi investisiyalar və regional nəqliyyat sahələrində genişləndirəcəyini nəzərdə tutur. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu xartiyanın altı aylıq səylər nəticəsində hazırlandığını və ABŞ ilə münasibətlərin yeni mərhələyə keçidini vurğuladı. İlham Əliyev ABŞ-a strateji tərəfdaşlıq üçün minnətdarlığını bildirdi və Qafqazda sülh prosesinə verdiyi töhfələrə görə Tramp-Vens administrasiyasını təbrik etdi. Vens isə çıxışında ABŞ-ın Azərbaycanın təhlükəsizlik və rifahına ciddi yanaşdığını, iki ölkə arasında dostluğun uzunmüddətli olduğunu vurğuladı.
Bütün bunlarla bərabər, Vensin səfəri regionun geosiyasi mənzərəsini dəyişə bilər. ABŞ-ın iştirakı və sülh təşəbbüsləri 2025-cı ilin payızında Ağ Evdə imzalanmış Azərbaycan-Ermənistan sülh sazişi kontekstində daha da aktuallaşmışdır. Bu saziş iki ölkənin qarşılıqlı ərazi iddialarını dayandırmağı və zorakılığı aradan qaldırmağı qəbul etməsini nəzərdə tutur.
Əlbət də rəsmi Vaşinqtonun Cənubi Qafqazda artan nüfuzu Rusiyanı razı sala bilməz. Bu baxımdan Bu addımlar Rusiya və digər güclərin Cənubi Qafqasdakı təsirini balanslaşdırmaq üçün ABŞ-ın rolunun gücləndirilməsinə yönəldiyi sir deyil.
Səfər çərçivəsində iqtisadi sahədə də əməkdaşlıq vurğulanmaqla bərabər, ABŞ ilə Azərbaycan arasında enerji, tranzit və kibertəhlükəsizlik kimi sahələrdə birgə layihələrə dair müzakirələr aparıldı. Xüsusilə süni intellekt (AI) və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq planlaşdırılır. Geosiyasi baxımdan bu səfər Rusiya, İran və digər regional aktorlarla rəqabətdə ABŞ-ın mövqeyini gücləndirir, eyni zamanda Azərbaycan üçün strateji tərəfdaşlarını şaxələndirməyə imkan yaradır.
Son olaraq Cey D. Vensin Azərbaycana səfəri diplomatik, iqtisadi və regional təhlükəsizlik baxımından önəmli bir dönüş nöqtəsi də hesab etmək olar. Bu səfər ABŞ-ın Cənubi Qafqazda davamlı iştirakı və sülh təşəbbüslərinə geniş dəstəyin göstəricisi olmaqla yanaşı, həm də iki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsi, ABŞ-Azərbaycan əlaqələrinin strukturlaşdırılması və geniş spektrdə əməkdaşlıq perspektivləri aydınlaşdı.


























