image-reklam-veteninfo
image-image_750x_697af6c392bad-1backend

Vensin Ermənistan və Azərbaycana səfəri: Rusiya oyundankənar vəziyyətə salındı 

image-reklam-veteninfo

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin fevral ayında Ermənistan və Azərbaycana səfər etməyi planlaşdırdığı bildirilir. Vətəninfo.az xəbər verir ki, səfərin əsas məqsədlərindən biri TRIPP layihəsinin rəsmi şəkildə işə salınması olacaq.
Bununla yanaşı, TRIPP Vensin diqqət mərkəzində olacaq yeganə mövzu deyil. Ermənistan hökumətində ABŞ-a ölkə ərazisində modul nüvə elektrik stansiyası (MNES) tikmək hüququ verən sənədin imzalanması ehtimalı da müzakirə olunur. Sözügedən məsələ bir neçə ildir gündəmdədir və bu müddət ərzində Rusiya da müvafiq təkliflə çıxış edib.

Ekspertlərin fikrincə, veriləcək son qərar daha çox siyasi xarakter daşıyacaq. Qərb ölkələri və ABŞ-ın regionda Rusiya Federasiyasının təsirini azaltmaq strategiyası çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının bağlanması, daha sonra isə modul nüvə stansiyalarının inşası variantı nəzərdən keçirilir.

Qeyd olunur ki, bu yanaşma Cənubi Qafqazda enerji təhlükəsizliyi və geosiyasi balans baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki