image-69backend

Vətən müharibəsi şəhidi Elnur Məmmədov anılıb

image-reklam_sirab_01

Noyabrın 23-də Vətən müharibəsinin Daşkəsən rayonundan olan şəhidi, əsgər Məmmədov Elnur İsrafil oğlunun anım günü Gəncə Şəhidlər Xiyabanında, şəhidin məzarı qarşısında qeyd olunub.

 

Veteninfo.az-ın xəbərinə görə, şəhidin ildönümündə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəhbərliyi, şəhidin yaxınları, şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Şəhidin məzarı ziyarət edilib, xatirəsi anılıb, dualar oxunub.

 

Daşkəsən rayon İH-nin başçısı Əhəd Abıyev şəhid əsgər Elnur Məmmədovun həyat və döyüş yolundan danışıb.

 

Elnur Məmmədov 1989-cu il sentyabrın 16-da Daşkəsən rayonu Xoşbulaq kəndində andan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına vuruşub, igidlik və şücaət göstərib. O, 2020-ci oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.

 

2020-ci il noyabrın 23-də valideynlərinin istəyi ilə Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Elnur Məmmədov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Şəhidin atası İsrafil Məmmədov və anası Maisə Pirverdiyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki