image-76backend

Vətən müharibəsi şəhidinin adına inşa edilən bulağın açılışı olub

image-reklam_sirab_01

Vətən müharibəsi şəhidinin adına Cəlilabadın Göytəpə şəhərində inşa edilən bulağın açılışı olub.

Veteninfo.az-ın məlumatına görə, şəhid Əlikram Xanışovun anım günündə doğulduğu Göytəpə şəhərində onun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə şəhidin yaxınları, qazilər, müharibə iştirakçıları, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bulağın açılış mərasimindəki çıxışlarda şəhid Əlikram Xanışov ilə bağlı xatirələr söylənilib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri şücaətdə söz açıblar. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə, qəhrəman oğullarımızın həyatları bahasına azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün qürurvericidir.

Qeyd edək ki, Əlikram Qabil oğlu Xanışov 8 fevral 2000-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2018-ci ildə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbi bitirib. Əlikram Xanışov 2018-ci ildə hərbi xidmətə gedib əsgərlik borcunu Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə yerinə yetirdikdən sonra 2020-ci il aprel ayında evə qayıtmışdı. O, 20 gündən sonra müddətdən artıq xidmət etmək üçün yenidən ordu sıralarına yollanmışdı.

Əlikram Xanışov hərbi qulluqçu kimi 5 ay xidmət etdiyi zaman müharibə başlayır. O, Talış yüksəkliyi və Suqovuşan iştiqamətində gedən döyüşlərdə şücaət göstərir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra “Vətən uğrunda” və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki