image-45backend

Vətən müharibəsi şəhidləri Kürdəmirdə anılıb

image-reklam_sirab_01

Vətən müharibəsi şəhidlərinin Kürdəmirdə ildönümü qeyd olunub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin ( XTQ) kəşfiyyatçısı və snayperi Zaur Kərimov və Tural Eyyubovun il dönümünə həsr olunan “Vətənin igid oğlu” adlı anım mərasimi düzənlənib.

Şəhid Zaur Kərimovun anım mərasimi rayonun Şəhidlər xiyabanında qeyd olunub. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhidin döyüş yoldaşları, Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun fəal gəncləri, ağsaqqallar və ziyalıların iştirak etdiyi anım tədbiri şəhidin məzarının ziyarət olunması ilə başlayıb.

Daha sonara rayonun Atakişili və Qarabucaq kənd tam orta məktəblərinin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Çıxışlarda həmçinin qeyd olunub ki, xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı və qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.

Anım mərasimində şəhidin döyüş yolu və göstərdiyi şücaətlərdən də danışılıb.

Bildirilib ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zaur Kərimov 2 fevral 1996-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra həyatını hərb işinə həsr etməyə qərar verir. Zaur əvvəl Müddətdən artıq xidmət edən hərbi qulluqçuların sonra isə Xüsusi Təyinatlı Qoşunların kurslarında hərbin sirlərinə uğurla yiyələnib.

Vətən Müharibəsində kəşfiyyatçı və snayper olan Zaur Cəbrayılın, Füzulinin, Zəngilanın, Xocavəndin, Qubadlının, Laçıınn və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Zaur Kərimov “Vətən uğrunda” , “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Kürdəmirdə daha bir Vətən müharibəsi şəhidi Tural Eyyubovun anım mərasimi keçirilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhid ailələri, Vətən müharibəsi veteranları, qazilər, rayon ictimaiyytinin iştirakı ilə düzənlənən mərasımdə şəhidin məzarı ziyarət olunaraq önünə tər çiçək dəstələri düzülüb və ruhuna dualar oxunub.

Anım mərasimində çıxış edənlər şəhidin qısa, lakin şərəfli ömür yolundan, Vtən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlardan dannışıblar.

Bildirilib ki, T.Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmirin Mollakənd kəndində anadan olub. O, 1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başlayılar. Tural 1998-2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005-2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə oxuyub. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetini bitirib və 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun leytenantı T.Eyyubov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 25-də Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub. Onun nəşi Kürdəmirə gətirilərək doğulduğu Mollakənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Məlumat üçün bildirək ki, T.Eyyubov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizi rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki