Vətəninfo.az-ın elektron ünvanına Fizuli qaçqını Nərgiz Babayevanın adından qanuni ehtibarnaməli nümayəndəsi Alı İsgəndərli tərəfindən daxil olan şikayət “Azərsığorta”nın hüquqşünası Fərif Mustafazə ilə bağlıdır. Qanuni nümayəndənin redaksiyamıza göndərdiyi müraciətdə qeyd edilir ki, müraciət etddikləri “Azərsığorta” şirkəti onları ələ salır, uzun illərdir sığorta ödənişini verməməkdən və mənimsəməkdən ötrü min oyundan çıxır.
Stat: “Azərsığortanın fırıldaqçılıq ilə məşhur olan hüquqşünası Fərid Mustafazadəni hüquq-mühafizə orqanlarının nəzarətə götürməsini və haqqında tədbir görülməsini istəyirik. Bu adamın ucbatından respublikada ona yaxın adam intihar etmişdir, ailələr dağılmışdır. Bu adamın bəd əməlləri nəticəsində qazilərin dövlətə qarşı narazılığı yaranmışdır. Belə insanlar qəsdən ölkədə Prezidentə və dövlətə qarşı narazılıq yaradırlar ki, çaxnaşma olsun, hökumət devrilsin. Araşdırsaz görərsiz ki, dövlətçiliyimizin əsl düşməni məhz belə ünsürlərdir.
Fizuli qaçqını Nərgiz Babayeva 1 ildir ki, Azərsığortaya gəlib gedir, hüquqşünas Fərid Mustafazadə onu süründürərək ələ salır. Qadının ərini 2013-cü ildə Kamaz maşını vururaq öldürüb. Kamaz Azərsığortada sığortalanmışdı, pul hələ 10 il qabaq mərhumun ailəsinə verilməliydi. Lakin Azərsığorta çoxlu sayda, kütləvi şəkildə vətəndaşları ələ salaraq pullarını döviyyədə saxladığı kimi bu qadını da ələ salıb pulunu vermədi. Nərgiz mənim qohumumdur, özüm də əlil adamam, biz uzun müddətdir yollarda əsir-yesir olmuşuq ki, həmin pulu bədnam sığorta şirkətindən ala bilək. Lakin bütün Bakıda aferistliyi ilə ad çıxarmış Fərid Mustafazadənin sayəsində pul 10 ildir ki, mərhumun ailəsinə ödənilmirdi, müxtəlif bəhanələr gətirilirdi. Mən özüm də dəfələrlə ofisə getmişəm, Fəridə sərt şəkildə bildirmişəm ki, vətəndaşları ələ salmayın, onların pulunu vaxtında ödəyin, get-gəllərə salıb dövlətdən narazılıq yaratmayın. Fərid Mustafazadə Azərsığortadakı maxinasiyalar hesabına o qədər varlaşıb ki, bizi saya salmırdı, hətta təhqir etməkdən çəkinmirdi. Məsələn, o Nərgizi ofisə çağırıb bu qaçqın qadını ələ salaraq maskarad yaratmaqdan belə çəkinmir. O qadına ofisdə deyib ki, bu gün sabahlığsan, qoca arvadsan, get öl yerində, sən pulu neynirsən, pul bizim kimi cavanlara lazımdı, bir ayağın gordadı, hələ də pul davası edirsən. Qadının bundan sonra təzyiqi qalxmışdı, biz onu xəstəxanaya apardıq və 3 gün sistem altında qaldı. Bundan sonra mən Fəridə kəskin şəkildə etirazımı bildirdim və Mərkəzi Banka şikayət yazdım”.
Alı İsgəndərli müraciətində daha sonra vurğulayır:
“Məsələ burasındadır ki, Fərid Mustafazadə fırıldaqçılığı ilə ad çıxarmış, bədnam əməllərinə görə Azərsığortadan qovulmuş departament direktoru Xəyyam Hətəmovun kadrıdır. Fərid Xəyyamla şərik işləyirdi və oğurladıqları pulları yarı bölürdülər. Bu pullar hesabına özlərinə xaricdə çoxlu mal-mülk də almışlar. Nəticədə hüquq-mühafizə orqanlarının müdaxiləsi sayəsində Xəyyam işdən qovuldu, lakin onun sadiq kadrı Fərid Mustafazadə hələ də yerindədir və mənimsəmələri davam etdirir.
Biz Azərsığorta tərəfindən aldadılmış vətəndaşlar xahiş edirik ki, Fərid Mustafazadənin fəaliyyəti yoxlanılsın. Çoxlu sayda vətəndaşlar aldadılaraq pulları ödənmir ki, onlar tez-tez Azərsığortanın binası önünə gəlirlər, etirazlarını bildirirlər.
Konkret olaraq bu işin özü ilə maraqlanın ki, nəyə görə 2013-cü ildə maşın vuran adamın pulu 10 il gecikdirilib? Onda bütün izlər üzə çıxacaq, sirlər aydınlaşacaq. Milyonlarla pul vətəndaşlara ödənilməli olduğu halda uzun illər dövriyyədə saxlanılır. Vətəndaşlar 5 il, 10 il çabalasalar da Azərsığortadan qanuni haqlarını ala bilmirlər. Halbuki Azərsığorta vətəndaşlardan milyonlarla pul yığır ki, başınıza bir iş gəlsə həmin pulu sizə avtomatik ödəyəcəyik. Lakin həmin pullar vətəndaşlara ödənmək əvəzinə Xəyyam kimilərin, Fərid kimilərin mafiyasının cibinə gedir”. Alı İsgəndərli bildirir ki,o hüquq-mühafizə və media orqanlarından xahiş edir ki, Azərsığortanın hüquqşünası Fərid Mustafazadənin fəaliyyətinə hüquqi qiymət verilsin.
Redaksiyadan: Redaksiyamıza Alı İsgəndərli tərəfindən göndərilən bu müraciətlə bağlı “Azərsığorta” şirkətinin hüquqşünası Fərid Mustafazadə ilə də əlaqə saxladıq. Cənab Mustafazadəyə Alı İsgəndərli tərəfindən redaksiyamıza onunla bağlı şikayət müraciəti olunduğunu,müraciətdə haqqında ciddi ittihamlar irəli sürüldüyünü bildirdik. Fərid Mustafazadə onun hər hansı bir açıqlama verməyəcəyini,yalnız və yalnız “Azərsığorta”şirkətinin mətbuat xidməti vasitəsi ilə suallarımıza cavab ala biləcəyimizi vurğuladı.
Biz redaksoya olaraq cənab Mustafazadəyə haqqında səsləndirilən iddialarla bağlı mövqeini dərc edə biləcəyimnizi bəyan edirik.
Vətəninfo.az
Sosial şöbə


























