Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini vəzifəsindən azad edilib.
Veteninfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.