Avstriyanın nüfuzlu “Standard” qəzetinin məlumatına görə, İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin oğlu Müctəba Xameneyinin adı, Vyanada bir neçə yüz milyon avro dəyərində planlaşdırılan müqavilədə hallanıb.
Vətəninfo.az xəbər verir ki, qəzetin araşdırmasına əsasən, İranın “Spar” mağazalar şəbəkəsinin filiallarını idarə edən Vyana şirkətinin 2024-cü ildə satılması nəzərdə tutulub. İldə 706 milyon avro dəyərində ilkin razılaşma ilə bağlı danışıqlar aparılıb. Araşdırma göstərir ki, 56 yaşlı Müctəba Xameneyi, sözügedən şirkətin alınması üçün vasitəçi üzərindən danışıqlar aparıb. Lakin müqavilə imzalanmadan əvvəl proses dayandırılıb və razılaşma baş tutmayıb.
Qəzetin yazdığına görə, Müctəba Xameneyi yalnız İranın ali rəhbəri Əli Xameneyinin dörd oğlundan biri deyil, eyni zamanda ailənin iqtisadi və siyasi təsir dairəsində mühüm fiqurlardan sayılır. O, atasının mümkün varisi kimi də tez-tez müzakirə edilir.


























