image-reklam-veteninfo
image-1backend

WSJ: “Əraqçının yazısı İran rejiminin əsl simasını üzə çıxarır” 

image-reklam-veteninfo

“Wall Street Journal” qəzetinin redaksiya heyəti İranın xarici işlər naziri Abbas Əraqçının qəzetdə dərc olunan məqaləsinə cavab olaraq bildirib ki, nazirin irəli sürdüyü iddialar İslam Respublikasının mahiyyətini və niyyətlərini aydın şəkildə ortaya qoyur.

Vətəninfo.az xəbər verir ki, qəzet onun İranda etirazların arxasında İsrailin dayandığına dair iddiasını rədd edib və bununla bağlı sual ünvanlayıb: “əgər etirazlarda xarici təsir olubsa, İran hakimiyyəti niyə etirazçılara atəş açılan vaxtda interneti kəsərək məlumatların dünyaya yayılmasının qarşısını alıb?”

Eyni zamanda, qeyd olunub ki, İranın ABŞ prezidenti Donald Trampa verdiyi mesaj açıqdır: “ya bizi tək qoyub xalqımızı dəmir yumruqla idarə edək və nüvə silahının istehsalına başlayaq, ya da nəticələrlə üzləşək”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki