“The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp üçün ən böyük mükafat Nobel Sülh Mükafatı deyil, xarici siyasətdə tarixi nəticə əldə etmək ola bilər.
Vətəninfo.az xəbər verir ki, qəzetin “Nobel Sülh Mükafatı heç vaxt vecinə deyil” adlı məqaləsində qeyd olunur ki, Trampın son beynəlxalq addımları onu Ronald Reyqan dövründən bəri ən təsirli ABŞ prezidentlərindən birinə çevirə bilər. Məqalədə bildirilir ki, bu, qlobal təhlükəsizliyi möhkəmləndirmək və Amerikanı daha təhlükəsiz etmək baxımından daha böyük nəticə sayılır.
Nəşr Nobel Sülh Mükafatının nüfuzunun illər ərzində zəiflədiyini və bir sıra mübahisəli qərarlarla verildiyini qeyd edir.
Məqalədə xüsusi vurğulanır ki, əgər Tramp İran və Kuba kimi ölkələrdə mövcud rejimlərə son qoyulmasına nail olsa və ABŞ əleyhinə hərəkatları zəiflədə bilsə, bu, Nobel mükafatından daha böyük siyasi uğur kimi dəyərləndirilə bilər.


























