image-photo-2021-12-26-12-33-00backend

Xalqın dəstəyinə arxalanan prezident.

image-reklam_sirab_01

Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə göstərilən diqqət və qayğının əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman xalqımızın maraqlarını əks etdirən siyasət İlham Əliyevin sayəsində bu gün uğurla davam etdirilir. İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Prezidentimizin siyasətinin mərkəzində insan amili dayanır. İnsanların yaxşı yaşaması və ölkəmizin gündən-günə çiçəklənməsi naminə gördüyü misilsiz işlər danılmazdır. O, hər zaman xalqımızın dəstəyinə arxalanaraq, həm daxili, həm də xarici siyasətində milli maraqlarımızdan çıxış edir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirləri və oyunları çox diqqətlə izləyirik. Ən əsası da İlham Əliyevin  bu tədbirlərdəki çıxışlarınızda xalqın iradəsini əks etdirən məqamlara toxunmağı izləyiciləri çox sevindirir.

Ölkəmiz günbəgün abadlaşır, gözəlləşir. Böyük şəhərlərdə olduğu kimi, rayonlarda da yaşlı insanların istirahəti və dincəlməsi, uşaqların oynaması üçün yaraşıqlı parklar salınıb.

Dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Bunu təkcə yerli siyasi və iqtisadi ekspertlər deyil, həm də dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları də etiraf edirlər. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünya ölkələrinə nümunə olaraq göstərilir.

Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Buna görə də Azərbaycan dövləti gələcəkdə daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Nəsibli Nübar.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki