image-3backend

Xalqın rifahına həsr olunmuş geniş fəaliyyət

image-reklam_sirab_01

Humanizm, şəfqət, xeyriyyəçilik, yaradıcılıq bütün bunlar Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban  Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Müasir müstəqil Azərbaycanın inkişafına xidmət etmək, sosial məsələlərin həlli, milli-mənəvi dəyərləri, tarixi-mədəni irsi qorumaq, yardıma möhtac olanlara dəstək olmaq- bütün bu keyfiyyətlər Mehriban xanımın fəaliyyətinin əsasıdır. Onun bütün fəaliyyətinin mərkəzində  Azərbaycan vətəndaşı dayanır. Xalq arasında böyük nüfuzu olan Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi  özünəməxsus bir yolu davam etdirdi.

Mehriban xanım Əliyeva rəhbəri olduğu  Heydər Əliyev Fondu vasitəsilə  Avropa və dünyada bir sıra ciddi və xüsusi mahiyyət daşıyan mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti Azərbaycana yönəltməyi bacardı. Azərbaycanda baş verənləri, əsl həqiqətləri dünyaya çatdırmaq üçün bütün imkanları səfərbər etdirdi. Mehriban xanım ölkəmizdə və dünyada xeyriyyəçi, humanist, mədəniyyətə, tarixə, idmana xüsusi qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə, ekologiya sahələrində Respublikada və beynəlxalq miqyasda böyük layihələr həyata keçirən prinsipial və peşəkar bir ictimai xadimdir. Milli mədəniyyətin inkişafına, başqa xalqların mədəniyyətinin qorunmasına və mədəniyyətlərarası əlaqələrin inkişafına böyük töhfələr verən Mehriban xanım həm də yüksək səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun reallaşması üçün böyük əmək sərf edir. Azərbaycanın Birinci xanımı sülh və tolerantlığın yayılması, bütün dünyada humanist dəyərlərin bərqərar olması üçün müntəzəm tədbirlər həyata keçirir. Onun çoxşaxəli  fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.

2017-ci il fevralın 21-də Azərbaycanın ictimai-siyası həyatında mühüm və əlamətdar hadisə baş verdi. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin oludu. Bu təyinat xalqımız tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı.

İkinci Vətən müharibəsi günlərində mərd, igid, cəsur oğullarımız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə öz qanları, canları bahasına düşmən üzərində Şanlı Zəfər qazandılar. Həmin günlərdə Mehriban xanım Əliyevanın xalqımıza  etdiyi müraciət, yaralı əsgərlərimizi   ziyarət etməsi bir daha göstərdi ki, hər zaman olduğu kimi, Azərbaycanın Birinci xanımı insanları haqq işi uğurunda mübarizəyə səsləyir, bir ana həssaslığı ilə vətən övladlarna qayğı göstərir. Mehriban xanım hər zaman bir ictimai xadim və dövlət məmuru kimi həlak olanların ailələrinə lazımi kömək etmişdir. O, indidə yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edir. Bu gün  doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında  quruculuq işləri aparılır, 30 ildə erməni vandalları tərəfindən dağıdılan evlərimiz, sosial infrastrukturumuz, talan olan ərazilərimiz, meşələrimiz,  tarixi-mədəni-dini abidələrimiz yenidən inşa edilir, bərpa edilir. Bu işlərdə də şəxsən Mehriban xanım Əliyevanın xüsusi yanaşmasını hiss etməmək mümkün deyil. Onun tapşırıqları əsasında həyata keçirilən layihələr tezliklə Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevriləcək,  bir çox  beynəlxalq tədbirlərin keçiriləcəyi  yer olacaqdır.

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir. Onun təşkilatçılığı ilə ölkənin tanınmış alimləri və incəsənət xadimlərinin təbliği istiqamətində əvəzedilməz proqramlar reallaşır. Uzun illərdən sonra Azərbaycanın mədəniyyət incisi Şuşa şəhəri Ermənistanın silahlı qüvvələrinin işğalından azad olunandan sonra bu  qədim  Azərbaycan  şəhərində ilk dəfə “Xarıbülbül” festivalı keçirilmişdir.

İnanırıq ki, Respublikanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın  Vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rolu oyanyacaq,  ölkəmizin inkişafına yeni və davamlı töhfələr verəcəkdır. Biz  bu yolda ona  böyük uğurlar arzulayırıq.

                                                                                                                                    Həcər Verdiyeva  – Tarix elmləri doktoru, professor

Nəticə yoxdur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki