image-reklam-veteninfo
image-1backend

Xameneyi müharibə xəbərdarlığı etdi: “Regional qarşıdurma olacaq”

image-reklam-veteninfo

İranın ali rəhbəri Əli Xameneyi 🇺🇸ABŞ-nin artan hərbi təhdidlərinə sərt reaksiya verib. O, bu gün xalqın müxtəlif təbəqələri ilə görüşdəki çıxışında Vaşinqtonun illərdir təkrarladığı “bütün variantlar masadadır” ritorikasını yenidən gündəmə gətirdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Xameneyi deyib ki, ABŞ rəsmiləri tez-tez müharibə, hərbi təyyarələrin göndərilməsi və güc tətbiqi ilə hədələyir və bu cür açıqlamalar İran üçün yeni deyil. Onun sözlərinə görə, İran xalqı bu təhdidlərdən qorxmamalıdır və xarici təzyiqlərə boyun əyməyəcək.

O, iddia edib ki, İran heç bir ölkəyə hücum etmək niyyətində deyil, ancaq “acgöz, hücum etmək və təqib etmək istəyən” tərəflərə qarşı sərt cavab verməyə hazırdır. O vurğulayıb ki, belə bir halda İran xalqı güclü zərbə endirəcək.

Çıxışında ABŞ-yə birbaşa mesaj da verən Xameneyi bildirib ki, mümkün müharibə bu dəfə məhdud olmayacaq və region miqyasında qarşıdurmaya çevriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki