image-37backend

Xəzər dənizinin səviyyəsinin düşməsi ilə bağlı regional ekspert qrupu yaradılacaq

image-reklam_sirab_01

Xəzər dənizinin səviyyəsinin düşməsi ilə bağlı regional ekspert qrupunun yaradılması planlaşdırılır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, son illərdə Xəzər dənizinin səviyyəsində tərəddüdlər ən çox müzakirə edilən məsələlərdəndir: “Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi proqnozu mövcuddur. Bu il Əlif Haciyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub. Qlobal istiləşmə Xəzərdə dəniz suyunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin aşağı düşməsi fonunda bu amillərlə dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaradır”.

U.Tağıyeva bildirib ki, 2005-ci ildən dənizin səviyyəsi müntəzəm enməyə başlayır: “2005-ci ildə səviyyə 26.75 m, 2020-ci ildə bu rəqəm 27.94 m olub. Dənizin səviyyəsi bu illər ərzində 119 sm aşağı düşüb. Bu ilin yekununda səviyyənin daha da aşağı enəcəyi gözlənilir. Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da aşağı düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə seminarın keçirilməsi 2022-ci ilin mart ayında planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image