image-reklam-veteninfo
image-1backend

Xəzər rayonunda təsərrüfat məsələləri tənqid olundu –İcra başçısı cəzalandırıldı

image-reklam-veteninfo

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmət rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Qurumun başçısı Eldar Azizov müşavirədə Xəzər rayonunda təsərrüfat məsələlərinin mövcud vəziyyətini kəskin tənqid edib. Bildirilib ki, rayonun bəzi qəsəbələri ümumşəhər standartlarından geri qalır və mövcud problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərə ehtiyac var.

Yol verilmiş nöqsanlara görə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon rəhbərlərinə yerlərdə vəziyyətin yaxşılaşdırılması, kommunal və abadlıq sahəsindəki çatışmazlıqların aradan qaldırılması üçün operativ və effektiv addımlar atmağı tapşırıb.

Son dövrlər rayonda qanunsuz tikintilərlə bağlı iddialar da gündəmdədir. Müxtəlif mənbələrdə səsləndirilən fikirlərə görə, bəzi ərazilərdə icazəsiz tikililərin artdığı bildirilir. Əldə etdiyimiz məlumata görə bu tikintilərə icra başçısı Elşən Salahov şəxsən icazə verib və məhz buna görə cəzalandırılıb.

Qeyd edək ki, məsələ ilə bağlı əlavə araşdırmaların aparılacağı və nəticələrə uyğun tədbirlərin görüləcəyi istisna olunmur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki