image-sssssbackend

Xəzərin sahilində ölmüş suitilərin ŞƏKİLLƏRİ

image-reklam_sirab_01

Xəzər dənizinin Pirşağı sahillərində 10-a yaxın ölmüş suiti aşkarlanıb.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

 

Onun sözlərinə görə, cəsədlərin əksəriyyəti köhnədir:

 

“Bəzilərinin üzərində kəsici alət izləri aşkarlanıb. Məlumdur ki, balıqçı torlarına düşüblər. Suitilər əslində bu mövsümdə Xəzərin şimal hissəsində, Rusiya və Qazaxıstan sahillərində olurlar. Bizim sahillərdə isə az bir qismi qalır. Bəzən yaşlı suitilər özlərini qayalara çırparaq, tələf olurlar və dalğa onları sahilə gətirir. Buna görə suitilərin hamısının brokonyerliyin qurbanı olduğunu demək olmaz”.

image-suit1 image-suit2 image-suiti3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki