image-74backend

Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib

image-reklam_sirab_01

Qarabağda erməni milliyətindən olan bir şəxs azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.

Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Qarabağdakı separatçılara istinadən məlumat yayıb.

Bildirilir ki, noyabrın 23-də səhər tezdən Xocavənd rayonunun Aşan kənd sakini, 2000-ci il təvəllüdlü M.M. yolu azıb.

Sonradan məlum olub ki, Qarabağ ermənisi Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.

Hadisə ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib. M.M-nin geri qaytarılması üçün danışıqlar aparılır.

Həmin şəxsin diversant ola biləcəyi ehtimalı da var. Mümkündür ki, erməni tərəfi onu mülki şəxs kimi təqdim edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image