image-img-20211111-wa0007backend

Xorvatiya Parlamentinin üzvü: “Azərbaycanın qələbəsi təhlükəsiz və firavan gələcək üçün bir fürsətdir”

image-reklam_sirab_01

“Bu qələbə Azərbaycanın müstəqilliyinin bərpası, işğaldan azad edilmiş torpaqlarda suverenlik və bütövlüyün bərpası ilə yanaşı, həm də dayanıqlı sülh, bütün insanlar üçün təhlükəsiz və firavan gələcək barədə düşünmək üçün bir fürsətdir.” Xorvatiya Parlamentinin üzvü Velko Kajtazinin 8 Noyabr – Zəfər Günü münasibətilə Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun rəhbəri Könül Nurullayevaya ünvanladığı təbrik məktubunda belə deyilir. Bildirilir ki, bu qələbə həm də azərbaycanlı məcburi köçkünlərin hüquqlarını bərpa etdi. Kosovo və Xorvatiya müharibələrini xatırladan parlamentari Azərbaycanın bütün insanlar üçün firavan həyata ədalətli və təhlükəsiz keçidi təmin edəcəyinə, bu universal baxışı bölüşən bütün tərəflərlə münasibətlərin normallaşması istiqamətində fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu qeyd edib: “Ümid edirəm ki, bu münaqişədən əziyyət çəkən bütün insanlara qayğı və davamlı sülhə yönəlmiş siyasi dialoq görəcəyik.”
“Mən Azərbaycanın dostu, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi bununla bağlı bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyəm. Ümid edirəm ki, tezliklə bu istiqamətdə daha ətraflı fikir mübadiləsi aparmaq imkanımız olacaq”, – deyə V.Kajtazi bildirib.

image-img-20211111-wa0008

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki