Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında yeni kadr təyinatı olub.
Veteninfo.az xəbər verir ki, Nurlan Qələndərli hakim partiyanın İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.
O, artıq vəzifəsinin icrasına başlayıb.
N.Qələndərli son təyinata qədər “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru işləyib.
Xatırladaq ki, həmin vəzifədə bundan əvvəl Elməddin Quliyev çalışıb. O, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar işdən çıxıb.