image-reklam-veteninfo
image-1backend

Yapon təhsil sistemi dəyişir: 10 yaşdan kiçik uşağa qiymət qoyulmayacaq

image-reklam-veteninfo

Yapon məktəblərində 10 yaşdan kiçik uşaqlara qiymət verilməyəcək.

İbtidai siniflərdə Yapon məktəbləri qiymətləndirməyə deyil, şagirdlərin hərtərəfli inkişafına və öyrənməyə marağının artırılmasına, əsas sosial bacarıqların inkişaf etdirilməsinə və maraq göstərməyə diqqət yetirəcək.

Vətəninfo.az xəbər verir ki, bundan əlavə, Yapon məktəblərində əxlaq və etikaya həsr olunmuş “dotoku” fənni tədris olunur və burada uşaqlara hörmət, məsuliyyət, əməkdaşlıq və qrup işi öyrədilir.

Yapon məktəblərində müstəqillik və məsuliyyətin inkişaf etdirilməsinin bir hissəsi olaraq, uşaqlardan sinif otaqlarını təmizləmələri və məktəb naharlarının təşkilində iştirak etmələri gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki