image-reklam-veteninfo
image-photo-2021-12-23-22-42-15-1backend

Zəfər zirvəsini fəth etmiş şəxsiyyət¬¬- Cənab İlham Əliyev

image-reklam-veteninfo

2020-ci il 27 sentyabr bu tarix hər kəsin yaddaşında silinməyəcək izlər buraxıb. Daima istər məktəblərdə ,istərsə də müxtəlif layihələrdə , təlimlərdə , tədbirlərdə vətənpərvərlik mövzusu ön planda olub. Çünki hər şeydən öncə insan yaşadığı , boya-başa çatdığı ölkəsini, vətənini sevməli və hər daima vətən uğrunda canından da belə   olsa keçməyə hazır olmalıdır.
Məhz 2020-ci il 27 sentyabrdan başlanan II Qarabağ müharibəsində vətənini sevən ,onun yolundan canında belə keçməyə hazır olan igidlərimiz öz sözlərini dedilər. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bu qələbənin qazanılmasında İlham Əliyevin güclü siyasəti və idarəçilik bacarıqları əsas rol oynadı. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdi ki, nəyin bahasına olursa-olsun , biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İllər keçdi və cənab prezident öz sözünün üstündə durdu. 44 gün davam edən müharibə qələbə ilə sona çatdı. Biz bu qələbə sayəsində bütün dünyaya öz gücümüzü göstərməklə yanaşı Qarabağ həqiqətlərini , işğalla bağlı erməni vəhşiliyini bütün ictimaiyyətə çadıra bildik. Bundan fərqli olaraq I Qarabağ müharibəsindən sonrakı dövrlərdə biz buna nail ola bilməmişdik. Ona görə də Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Bütün bunlara baxmayaraq ,biz bunu aradan qaldırmağı bacardıq. Gecə-gündüz yorulmadan çalışaraq bütün dünya ictimaiyyətini məlumatlandıraraq, aparıcı beynəlxalq təşkilatların dəstəyi sayəsində bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirməyi bacardıq. Bütün dünya Azərbaycan xalqının gücünü və əzmini gördü.
Cənab prezidentin başçılığı altında bu il Cıdır düzündə ,, Xarıbülbül” festivalı keçirildi, muğam səsləndirildi. Avqust ayı ərzində Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir böyük dövlət xadimi , Azərbaycan xalqının lideri kimi əsas missiyası işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması , öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qaytarılmasıdır.
Son olaraq qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev son 18 ili Azərbaycan tarixinə unudulmaz qələbə , öz dəsti-xətti ilə seçilən, aparıcı fəaliyyəti ilə fərqlənən bir şəxsiyyət kimi yaddaşımıza yazdı. Qarışda bizi daha böyük uğurlar , nailiyyətlər gözləyir. Ölkə başçımızın qarşısına qoyduğu məqsədlərə çatmağa biz gənclər də dəstək olmalı və ölkəmizin rifahı və gələcəkdəki nüfuzu üçün əlimizdən gələni əsirgəməməliyik. Qarabağ Azərbaycandır! İlhamla İrəliyə!

 

 

 

 

 

Mamedova Fəridə
Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki