Ukrayna Prezidenti Vladimir Zelenski sülh prosesindəki ən həssas iki məsələni müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.
Vətəninfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa yanvarın 27-də “European Pravda” qəzetinə verdiyi müsahibədə bildirib.
Ukrayna xarici işlər nazirinin sözlərinə görə, ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasının gələcək nəzarəti barədə hələ razılığa gəlinməyib.
Sibiqa qeyd edib ki, “Prezident məhz bunları həll etmək üçün Putinlə görüşməyə və müzakirə etməyə hazırdır”.
Eyni zamanda, nazir Rusiyanın xarici işlər naziri Sergey Lavrovla şəxsi görüşü zəruri hesab etmədiyini vurğulayıb. O, danışıqlar prosesinin artıq qurulduğunu və xarici işlər nazirliklərinin nümayəndələrinin də iştirak etdiyini qeyd edib.
“Paralel yollar yaratmamalıyıq. Danışıq qrupları yaradılıb. Əlavə yolların yaradılması artıq uyğun deyil”, – deyə o əlavə edib.


























