image-reklam-veteninfo
image-1backend

Zelenski: Ukrayna müharibənin tez bir zamanda bitməsini dəstəkləyir

image-reklam-veteninfo

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Rusiya-Ukrayna müharibəsini iyulun 4-dək bitirmək istəyindən xəbərsiz olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Zelenski bu barədə Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlar zamanı ABŞ nümayəndə heyəti Vaşinqtonun müharibəni mümkün qədər tez bitirmək istəyini bildirib. “Lakin konkret bir müddət müəyyən edilməyib. Ukrayna müharibənin tez bir zamanda bitməsinin tərəfdarıdır. Lakin orada deyilmir ki, sürətləndirilmiş proses ərazilərimizin bir hissəsinin verilməsi deməkdir”, – deyə Zelenski qeyd edib.

Bloomberg daha əvvəl bildirmişdi ki, Vaşinqton ABŞ prezidenti Donald Trampın 4 iyulda ABŞ müstəqilliyinin 250 illiyini qeyd etməsindən əvvəl sülh müqaviləsi imzalamağa çalışır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki