image-2022-07-08-10backend

“Zəngəzur Dəhlizi” açılsa Azərbaycan və Türkyə güclənəcək.Ermənistan isə…- Bağdasarov

image-reklam_sirab_01

“Sağa-sola yıxılmaqdansa, Ermənistan ordusunu, güc strukturlarını yenidən yaratmalı, xalqı birləşdirməliyik. Paşinyan bunu edə bilməz”.

 

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanda şovunist qüvvələrin başında gələn,eyni zamanda Azərbaycan və türkiyəyə qarşı nifrət bəsləyən, erməni lobbisinin və daşnaqların əsas siyasi təhlilçilərindən biri Ermənistanda “Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin” direktoru,  Semyon Bağdasarov erməni mediasına açıqlamasında bildirib.

 

Ermənistanın və regionun daxili vəziyyətini şərh edən  Bağdasarov əlavə edib ki,Ermənistanın daxilində Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistan ordusunu zəiflətmək üçün çox işlər görülüb, bunun nəticələrini də 44 günlük müharibə zamanı Dağlıq Qarabağda görüblər: “İndi təbii ki, Türkiyə və Azərbaycan bacardıqları hər şeyi maksimum dərəcədə artırmaq istəyirlər. Əsas diqqət “Zəngəzur dəhlizi” deyilən sahədir. Düzdür, bəzən “Zəngəzur dəhlizi”nin Paşinyanın oradakı yolundan, eləcə də bu məsələ ilə bağlı açıqlamalarından nə ilə fərqləndiyini anlaya bilmirəm. Əgər bu dəhliz, yol, necə deyərsən, yaradılıbsa, ondan neft-qaz kəmərləri və s. Bunda ilk növbədə Türkiyə maraqlıdır. Bu dəhlizlə Orta Asiyadan, Qazaxıstandan karbohidrogenlər göndəriləcək və türklər artıq bu məsələ üzərində işləyirlər”. Bağdasarov deyib ki, Türkiyə ümumilikdə karbohidrogenlər üçün çox vacib bir mərkəzə çevrilir: “Gələcəkdə daha da aktivləşəcək. Hesab edirəm ki, bu, Rusiya əleyhinə layihədir, çünki bu, Rusiya Federasiyasının maraqlarına xələl gətirir, onun həyata keçirilməsi Türkiyənin regionda rolunu gücləndirməklə yanaşı, Rusiyanın Cənubi Qafqazdan, o cümlədən Ermənistanı sıxışdırıb çıxarması deməkdir. Bu, Ermənistanın süqutuna, Ermənistan dövlətinin tamamilə məhvinə gətirib çıxaracaq…”.

image-meshur

Milli Məclisin deputatı Məşhur Məmmədov Bağdasarovun açıqlaması ilə bağlı müxbirimizə bildirib ki, Zəngəzur dəhlizi istənilən halda reallaşacaq:

“Zəngəzur dəhliz”i təkcə Azərbaycanın maraqlarına xidmət etməyəcək.Eyni zamanda bu dəhliz regionun iqtisadi və siyasi maraqların ciddi şəkildə dəyişəcək.Təbii ki,burda Rusiyanın da iqtisadi maraqları öz yerini tutacaq ki,bunu rəsmi Moskva özü belə gilətmir”.

Məşhur Məmmədov Bağdasarovun Türkiyənin güclənməsi,”Zəngəzur dəhlizi”nin reallaşmasında daha çox Azərbaycan və Türkiyənin maraqlı olması ilə bağlı fikirlərinə isə cavabı belə olub: “Bunu biz gizlətmirik,nə də Türkiyə.

İlk gündən bəyan edilib ki,bəli bu  həm Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək baxımından,eyni zamanda Azərbaycanın və digər ölkələrin Türkiyəy çıxışı,Türkiyənin Orta Asiya və Rusiyaya çıxışın təmin edəcək. Bağdasarovun anlamadığı bir məsələ vardır ki,bu da Rusiya ilə bağlıdır. Rusiya bu gün  Qərb tərəfindən təcrid olunma prosesindədir. Bunun da səbəbi Ukraynaya qarşı təcavüzkar siyasətidir. Ona görə də Rusiya üçün “Zəngəzur dəhlizi” bir ümid,bir nəfəslik deməkdir. Bağdasarov sadəcə olaraq ölkəsinin bu proseslərdə rol almasın həzm edə bilmir.Nikol Paşinyan Z”əngəzur dəhlizi” ilə bağlı müsbət addımlar atmaq məcburiyətindədir. Ona görə də Bağdasarov kimlər sadəcə olaraq Nikol Paşinyanın qərarın yubatmağa xidmət edirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki