image-73backend

Zolaq avtobus üçündür! – AKSİYA

image-reklam_sirab_01

İctimai nəqliyyat şəhər mobilliyinin onurğa sütünudur. Sərnişinlərin rahat, təhlükəsiz səyahətlərini təmin etmək üçün avtobusların maneəsiz hərəkəti vacibdir. Səyahət etmək üçün nəqliyyat növünün seçimində səyahət vaxtı, rahatlıq, sonra isə qiymət əsas amillərdəndir. Onsuz da məhdud olan avtobusun sürəti və hərəkət cədvəlinə riayət yollarda olan tıxaclardan çox asılıdır.

 

Şəhərlərin fəaliyyəti üçün prinsipial əhəmiyyətinə və sərnişin axınının yüksək nisbətinə görə ictimai nəqliyyat ayrıca nəzərdən keçirilməlidir. Əsas diqqət onun cəlbediciliyinin artırılmasına, xüsusən də səyahətin harmonizasiyası və səyahət sürətinin artırılmasına yönəldilməlidir.

 

Veteninfo.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində avtobuslar üçün xüsusi zolaqların əhəmiyyətini nəzərə alaraq ötən il Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına 21 zolağın təşkil edilməsini təklif edib. Onlardan 10-nün çəkilişi üçün müsbət rəy verilib, 7 küçə və prospektdə avtobus zolağı təşkil edilərək 10-a çatdırılıb. Bəziləri, xüsusən də şəhərin mərkəzində avtobusları pik saatlarda tıxacdan çıxararaq mütəmadi olaraq öz funksiyalarını yerinə yetirsələr də, digərləri daim dayanıb özlərini yalnız hər kəsin məhəl qoymadığı müvafiq yol nişanı ilə xatırladırlar.

 

Misal üçün Rəşid Behbudov küçəsində pik saatlarda avtobusların orta sürəti 60 faiz, Atatürk prospektində 40 faiz artmasına baxmayaraq Qara Qarayev prospektində bu effektin olmamağının səbəbi xüsusi avtobus zolağının tələblərinin kütləvi sürətdə pozulmasıdır. Bu prospektdəki avtobus zolağından digərləri ilə müqayisədə daha çox avtobus hərəkət edir və 1 saat ərzində ictimai nəqliyyat vasitəsilə edilən səfər sayı 20 min nəfərə qədərdir. Bu gün ən çox qayda pozuntusu da məhz Q. Qarayev prospektində baş verir.

 

Nəqliyyat vasitələrini Xüsusi Avtobus zolağıda saxlayaraq avtobusların hərəkətinə maneə yaradan sürücüləri maarifləndirmək və məlumatlandırmaq üçün BNA tərəfindən mütəmadi tədbrilər görülür. Birbaşa maarifləndirmə işlərinin aparılmasında Nəqliyyat Könüllüləri xüsusi fəallıq göstərərək, “Bu zolaq avtobus üçündür! Bəs sən avtobussan?” adlı maraqlı aksiyalar həyata keçiriblər. Sürüclərə maarifləndiici flayerlər təqdim edən könüllülər avtobus zolağında saxlamaqla bir avtobusla səfər edən təxminən 80 nəfər sərnişinin vaxtında, təhlükəsiz mənzil başına çatmasının əhəmiyyətini izah ediblər. BNA-nın rəsmi sosial şəbəkələrində hər həftə xüsusi avtobus zolağına daxil olan sürücülərin video görüntüləri ictimaiyyətə göstərilərək qınaq obyektinə çevrilirlər. Bu kimi tədbirlər mütəmadi olaraq həm könüllülərimiz həm də əməkdaşlarımız tərəfindən davam etdiriləcək. Məqsədimiz sürücüləri cərimələmək yox, onları maarifləndirmək, ictimai qınaq yaratmaqla qaydalara əməl etməyə səsləməkdir.

 

BNA BMT-nin Dayanıqlı İnkiaş Məqsədlərinin (DİM) 11-ci bəndinin hədəflərini əsas tutaraq, yol təhlükəsizliyini təmin etmək, xüsusilə də həssas qrupa aid insanlara, qadınlara, uşaqlara, əlillərə və yetkin əhaliyə xüsusi diqqət yetirməklə ictimai nəqliyyatı genişləndirmək, bununla da hamıya təhlükəsiz, sərfəli, əlçatan və dayanıqlı nəqliyyat infrastrukturuna çıxış imkanı təmin etmək istiqamətində fəaliyyətini təşkil edir.

 

Avtobuslar, tramvaylar və şəhərətrafı qatarlar kimi ictimai nəqliyyat sistemləri şəxsi avtomobillərlə müqayisədə daha çox insan daşıyır və ümumiyyətlə daha sərfəli olur. Onlar qəzalara məruz qalmağı azaldır və DİM-in 11.2-ci hədəfində vurğulandığı kimi təhlükəsizliyi yaxşılaşdırmaq üçün əsas yoldur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image