image-fb_img_1735016720509backend

53 nömrəli tam orta məktəbin şagirdləri daha bir uğura imza atdılar – FOTOLAR

image-reklam_sirab_01

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Elm və Təhsil  Nazirliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə”  XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Gənclər və İdman naziri Fərid Qayıbov, Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov və digər rəsmilər iştirak edib.
Bu yaradıcılıq müsabiqəsində Bakı şəhəri Yasamal rayonu 53 saylı tam orta məktəbinin şagirdləri daha bir uğura imza atıblar. Məktəbin 9ç sinif şagirdi Aytac Qasımzadə “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsində rəsm nominasiyası üzrə I yerə layiq görülərək Fəxri fərmanla təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image