image-reklam-veteninfo
image-6221b39f5c6a46221b39f5c6a516463758396221b39f5c6a26221b39f5c6a3-1backend

Ağdam şəhər məktəbinin tikintisinin başa çatacağı vaxt açıqlanıb

image-reklam-veteninfo

“Ağdam şəhər 1 nömrəli məktəbin tikintisi gələn ilin sonunda yekunlaşmalıdır”.

Bunu təhsil naziri Emin Əmrullayev Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib.

O bildirib ki, Ağdam şəhər 1 nömrəli məktəb Bakıda yerləşən ən müasir məktəb səviyyəsində olacaq:

“Təhsil infrastrukturunun formalaşdırılması baxımından işğaldan azad olunmuş ərazilərdə çox aktiv iş gedir. Bu ilin sonu və ya gələn ilin əvvəlində Şuşa 1 nömrəli məktəbinin də tikintisi başa çatacaq. 960 nəfərlik məktəb ən müasir infrastruktura malikdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki