image-reklam-veteninfo
image-img-20260914-wa0154backend

Ağstafada aqroparklarda və iri fermer təsərrüfatlarında monitorinq keçirilib

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilmişdir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev rayon ərazisində fəaliyyət göstərən aqroparklara, iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçirmişlər, baxışın keçirilməsində əsas məqsəd dövlət proqramlarının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir. Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi və istehsal həcminin artırılması istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

image-img-20260914-wa0161 image-img-20260914-wa0158 image-img-20260914-wa0157 image-img-20260914-wa0156 image-img-20260914-wa0155 image-img-20260914-wa0154 image-img-20260914-wa0153 image-img-20260914-wa0151 image-img-20260914-wa0150




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki