image-reklam-veteninfo
image-img-20251029-wa0120backend

Ağstafada “Uşaq hüquqları” aylığı çərçivəsində  maarifləndirici tədbirlər davam etdirilir

image-reklam-veteninfo

Ağstafa rayonunun Sadıqlı kənd tam orta məktəbin akt zalında təşkil olunan növbəti maarifləndirici tədbir də Ağstafa Rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu, rayon Polis Şöbəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş nitqi ilə açan RİH başçısı Seymur Orucov bildirib ki, sağlam nəslin formalaşması, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması dövlətimizin siyasətinin ən başlıca istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin dəmir iradəsi, dövlətimizin və xalqımızın sıx vəhdəti nəticəsində bəşəriyyətin bəlasına çevrilən dini radikalizm, erkən nikahlar və narkomaniyaya qarşı mübarizə ildən ilə daha müsbət uğurların əldə olunmasına zəmin yaradır.
Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, rayon prokuroru Anar Cəfərov, Rayon Polis Şöbəsinin Kadr və Peşə hazırlığı üzrə baş inspektoru Nurlan Niyazlı mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, yeniyetmə və gənclərin hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olan ünsürlərə qarşı hamılıqla mübarizə aparılmalı, bu sahədə icra olunan maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.
Tədbirin sonunda mövzulara dair maarifləndirici videoçarx nümayiş olunub.

image-img-20251029-wa0128 image-img-20251029-wa0127 image-img-20251029-wa0126 image-img-20251029-wa0125 image-img-20251029-wa0124 image-img-20251029-wa0123 image-img-20251029-wa0122 image-img-20251029-wa0121 image-img-20251029-wa0120


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki