image-reklam-veteninfo
image-5backend

Ağstafalı müəllimlərin iştirakı ilə  “Suverenlik zirvəsi” adlı intellektual bilik yarışı keçirilib -FOTOLAR                                                            

image-reklam-veteninfo

İntellektual yarış 2025-ci il ölkəmizdə “Konstitusiya və  Suverenlik İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Qazax-Tovuz  Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbin idman zalında baş tutub.

Ağstafa rayonunun 31 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandaları arasında keçirilən yarışın əsas məqsədi dövlətimizin ərazi bütövlüyü, suverenliyi və konstitusion dəyərləri haqqında biliklərin artırılması, işğaldan azad olunmuş  ərazilərimizin tarixi irsinin tanıdılması, regionun milli-mədəni dəyərlərinə marağın yüksəldilməsi olub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, məsul şəxslər, ictimaiyyət nümayəndəli iştirak ediblər. İştirakçılar ilk öncə qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından  ibarət  sərgi ilə tanış olublar.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himnimiz səsləndirlib.

Tədbirdə çıxış edən RİH başçısı komandalara uğurlar arzu edərək qeyd edib ki, Azərbaycanın suveren dövlət kimi inkişaf yolu, siyasi sabitliyin qorunması və hüquqi dövlət quruculuğu xətti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursa əsaslanır və bu xətt hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu ardıcıllıqla davam etdirilir.

Yarışın münsiflər heyətinin tərkibində BDU Qazax filialının əməkdaşı, pedoqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, BDU Qazax filialının əməkdaşı, əməkdar tarix müəllimi İndira Səmədova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektorunun və  “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları yer alıblar.

Komandalar 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı, Azərbaycan Respublikasının Konstitusiyası, işğaldan azad edilmiş rayonlarda yerləşən abidələr və suverenliyə həsr olunmuş suallar üzrə  yarışıblar. Suallar çətinlik dərəcəsinə görə 3 mərhələni əhatə edib. Yekunda Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik tam orta məktəbinin təmsil olunduğu “Zəngilan” komandası 1-ci, Poylu kənd tam orta məktəbinin təmsil olunduğu “Qarabağ” komandası 2-ci, Poylu qəsəbə tam orta məktəbinin təmsil olunduğu “Qızıl Hacılı” komandası isə 3-cü yerlərə layiq görülüblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki