image-40e7f327-6f99-38b8-9b8d-c463fdac8e21_850backend

Aİ-nin İran üzrə əlaqələndiricisi Tehrandan qayıdarkən Almaniyada saxlanılıb

image-reklam_sirab_01

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin baş katibinin müavini, Əhatəli Birgə Fəaliyyət Planı üzrə əlaqələndirici Enrik Mor Tehrandan səfərdən qayıdarkən Almaniyanın Frankfurt hava limanında saxlanılıb.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bunu E.Mor tviterdə yazıb.

“Mən Almaniyanın Frankfurt hava limanında saxlanıldım. Bu zaman mənə heç bir izahat verilmədi”, – o bildirib.

Məlumata görə, saxlanılan zaman onun cib telefonu və pasportu da alınıb.

Bildirilib ki, bir müddət saxlanıldıqdan sonra polis E.Moru sərbəst buraxıb. “İki həmkarım-Avropa İttifaqının Vyanada BMT yanında daimi nümayəndəsi və Avropa İttifaqının Xarici Siyasət Xidmətinin İran üzrə İşçi Qrupunun başçısı ilə birlikdə sərbəst buraxılmışıq”, – o vurğulayıb.

Əlaqələndiricinin sözlərinə görə, rəsmilər onlara saxlanılmaları ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər: “Bu Vyana konvensiyasının pozulmasıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki